DİN Qızılhacılıda baş vermiş yaralama faktı ilə bağlı bir nəfəri saxlayıb (VİDEO)
12:22 / 27.10.2022
Daxili İşlər Nazirliyi 23 oktyabr tarixində Marneulidə, Qızılhacılı
kəndində baş vermiş yaralama faktı ilə bağlı bir nəfəri saxlayıb.
DİN 1970-ci il təvəllüdlü şəxsin yaralanması faktı ilə bağlı
1985-ci il təvəllüdlü H.İ.-ni saxlayıb. Saxlanılan şəxs qəsdən
sağlamlığa zərər vurma və odlu silahın qanunsuz olaraq əldə
edilməsi, saxlanılması, daşınmasında ittiham olunur.
"İstintaq nəticəsində aydın olub ki, müttəhim
cari ilin 23 oktyabrında, Marneuli bələdiyyəsinin Qızılhacılı
kəndində 1970-ci il təvəllüdlü A.A-nı odlu silahdan atəş açaraq
yaralayıb və hadisə yerindən qaçıb. Yaralanmış şəxsə müvafiq tibbi
yardım göstərilib. Onun vəziyyəti
stabildir", – DİN-nin bəyanatında qeyd
olunub.
Operativ istintaq tədbirləri nəticəsində Kvemo Kartli polisi
cinayətdə istifadə olunmuş odlu silahı – tapançanı maddi sübut kimi
müsadirə edib.
DİN-nin açıqlamasına görə, Gürcüstan Cinayət Məcəlləsinin 120-ci və
236-cı maddələri ilə istintaq aparılır. Həmin maddələr sağlamlığa
qəsdən yüngül zərər vurma və odlu silahın qanunsuz olaraq əldə
edilməsi, saxlanılması, daşınmasını nəzərdə tutur.