Bir nəfər qanunsuz olaraq külli miqdarda döyüş sursatı saxlamaqda ittiham olunaraq saxlanılıb - DİN
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisi Polis İdarəsinin əməkdaşları əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1961-ci il təvəllüdlü Tbilisidə anadan olmuş D.K.-nı saxlayıblar.

Qurumun məlumatına görə, saxlanılan şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq, saxlamaq və gəzdirməkdə ittiham olunur. Daxili İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxsin üzərindən şəxsi yoxlama zamanı maddi sübut kimi oradan “Brauninq” tipli atıcı tapança, 1 ədəd ağızlıq və 1 ədəd patron götürüblər.

Agentliyin açıqlamasında bildirilir ki, təqsirləndirilən şəxsin Tbilisidə yaşadığı evdə aparılmış axtarış nəticəsində əməliyyat məlumatı əsasında polis həmçinin maddi sübut kimi götürüb: kustar üsulla hazırlanmış tapança, kəsilib qısaldılmış ov tüfəngi, döyüş tüfəngi, “Vinçester” tipli odlu silah, pulemyot detalı, 6 ov tüfəngi, 7 müxtəlif növ əl qumbarası, 2 avtomat odlu silahın ağızlığı, 8 partlayıcı qoruyucu və 2 detonator, müxtəlif növ odlu silahlar üçün 1380 patron.

Gürcüstanın Cinayət Axtarış Departamenti tərəfindən Qanun Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələrinə əsasən qanunsuz olaraq odlu silah və döyüş sursatı alınması, saxlanması və aparılması faktlarının araşdırılması üzrə istintaq aparılır. Təqsirli bilindiyi halda cinayətkar üçün 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google