Marneuli bələdiyyəsində dörd park tikiləcək.
İşlər Algeti, Tamarisi, Marneuli şəhərinin 20 Yanvar küçəsində və
hərbi şəhərcikdə həyata keçiriləcək.
Meriya Marneuli bələdiyyəsi ərazisində parkların tikilməsi üçün
lazımi smeta sənədlərinin tərtib edilməsi xidməti ilə bağlı 25 500
lari dəyərində tender elan edib.
İstəyi olan namizədlər 4-7 noyabr tarixində tenderdə iştirak edə
bilərlər. Qalib müqavilə bağlandıqdan etibarən 60
gün ərzində
işləri həyata keçirməli olacaq.
Yerli özünüidarə qeyd edilən məkanlarda parkların tikilməsini
2022-2023-cü illərdə planlaşdırır. Bunun üçün 850 000 lari nəzərdə
tutulub.
Məntəqələrə əsasən isə pul belə bölünüb:
- Algeti kəndi - 100 000
- Marneuli şəhəri, 20 Yanvar küçəsi - 100
000
- Hərbi şəhərcik (uşaqlar üçün məkan) - 50
000
- Tamarisi kəndi - 600 000