Marneuli meriyası Bələdiyyə Məclisinə bələdiyyənin 2022-ci ilin
yerli büdcəsinin 9 aylıq icrası barədə məlumat verib.
Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridze
"Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, Bələdiyyə
Məclisinin Maliyyə-Büdcə Komissiyası bu həftə hesabatı müzakirə
edəcək və Bələdiyyə Məclisinin növbəti iclasında öz
qiymətləndirməsini təqdim edəcək.
"Hesabatın müzakirəsi mütləq yayımlanacaq. Adi şəkildə
komissiya açıq müzakirə olacaq və hər kəs iştirak edə bilər. Bu 9
ayın nəticələridir. Biz adətən, bütün rüblərin nəticəsini müzakirə
edirik".
Marneuli Bələdiyyə Məclisi rəhbərinin sözlərinə görə, Bələdiyyə
Məclisi növbəti iclasına qədər Maliyyə-Büdcə Komissiyası 9 ayın
hesabatını qiymətləndirəcək. Sonra məsələni Bələdiyyə Məclisinin
iclasında müzakirə edəcəklər.
Gürcüstanın Yerli Özünüidarə Məcəlləsinə görə, bələdiyyə meri və
Bələdiyyə Məclisinin üzvü ildə bir dəfə də olsa, 1 noyabra qədər
Bələdiyyə Məclisinin müvafiq sərəncamı ilə müəyyən edilmiş qaydada
bələdiyyə seçiciləri ilə ictimai görüşlər keçirməlidirlər, onlara
görülmüş işlər barədə hesabat verməlidirlər. Hesabat müzakirə
olunan zaman bələdiyyə seçicilərinin verdiyi suallara cavab
verməlidirlər.
Bələdiyyə ərazisində qeydiyyatdan keçmiş seçicinin merin və
Bələdiyyə Məclisi üzvünün ictimai hesabatının müzakirəsində
məhdudiyyətsiz iştirak etmək hüququ var.