2 noyabr tarixində USAİD-in Avropa və Avrasiya ölkələrində
administrator müavini Erin Makii Marneuli bələdiyyəsində qonaq
olub.
Görüş Marneulinin “Geo Hospitals”-ın Doğum Evi və Ambulatoriyada
keçirilib. Görüş zamanı tibb bacılarının hazırlanması ilə əlaqədar
qarşlıqlı əməkdaşlıq memorandumu imzalanıb. USAİD-in maliyyə
dəstəyi ilə bələdiyyədə tədris mərkəzləri açılacaq. Burada tibb
bacılarına kvalifikasiyalarını yüksəltmək şəraiti yaradılacaq. Erin
Makiinin “Marneuli” radiosu ilə söhbət zamanı
bildirdiyinə görə, bu
yeni iş yerlərinin yaranması və yaxşılaşdırılmış səhiyyə üçün imkan
olacaq.

“USAİD bu gün Gürcüstanın təhlükəsizliyinə dəstəyi daha
da genişləndirir və dəstək olur. Gürcüstanın daha da uğurlu
olmasına dəstək olur. Bu Gürcüstanı Avropa İttifaqı və oraya
inteqrasiyaya daha da yaxınlaşdıracaq. Bu tərəfdaşlıq yeni hazırlıq
proqramları yaradacaq və Gürcüstanın Avropa İttifaqı ilə
Assosiyasiya sazişi baxımından tələb olunan peşə standartlarını
qane edəcək.
Avropa İttifaqına namizəd statusu və üzvlüyün özü Gürcüstan üçün
uğurlu, güclü ölkə olmağa ən yaxşı zəmanətdir. Bu tərəfdaşlıq əvvəl
Geo Hospitalsda yeni iş yerləri yaradacaq, səhiyyə sisteminin
əlçatanlığını yaxşılaşdıracaq. Həmçinin, etnik azlıqlar üçün
Marneulidə və Gürcüstanın digər regionlarında bu şəraiti
yaradacaq”.
“Geo Hospitalsın” Baş direktoru Zurab Kitoşvilinin sözlərinə görə,
tədris mərkəzləri onların tibb müəssisəsində işləyən tibb
bacılarına, eləcə də başqa klinikalarda işləyən tibbi heyətə xidmət
göstərəcək. İxtisasın artırılması ilə yanaşı layihə tibb
bacılarının maaşının artırılması imkanı da yaradır.

“Memorandum imzalandır. Gürcüstanın müxtəlif
məkanlarından tədris mərkəzləri açılacaq və tibb bacıları
hazırlanacaq. Layihə çərçivəsində beynəlxalq standartlar
bölüşüləcək, keyfiyyət daha da artırılacaq. Bu sektorda maaşın
artması, yeni işlə təmin olunma imkanlarının yaradılmasına şərait
yaradır. USAİD-lə tərəfdaşlıq qismində bu yeni çağırış və yeni
imkandır”.
“Geo Hospitalsın” tibb bacılarının sözlərinə görə, qeyd olunan
proqram onların işinin keyfiyyətinə mühüm dərəcədə təsir
göstərəcək.

“Peşə inkişafının böyük əhəmiyyəti var. Çünki regionda
tibbi heyətin fəaliyyəti, kvalifikasiyası böyük rol daşıyır. Hələ
ki, kovid vəziyyət fonunda tibb bacısı vəzifəsinin böyük rolu var
və USAİD-in kursları kvalifikasiyanı yüksəltməkdə bizə çox kömək
edəcək”, – Tibb Bacısı Xidmətinin rəhbəri Nino Dokvadze
bildirdi.
Bugünkü görüşdə USAİD-in nümayəndəliyi, tibb sahəsi nümayəndələri
və yerli özünüidarə iştirak edirdi.