Meriya Marneuli bələdiyyəsində işləyən gürcü dili ikinci dil kimi
fənn pedaqoqlarının gediş haqqını yaxın zamanda ödəyəcək.
Yerli özünüidarədən bildirdilər ki, pedaqoqların bir qismi yeni
tədris ili üçün yenilənmiş sənədi təqdim etməyi gecikdirib və məhz
buna görə pulun köçürülməsi prosesi gecikib. Bələdiyyədən
bildirirlər ki, bir neçə günə pul köçürüləcək.
Marneuli Bələdiyyə Məclisi 140 müəllimin gediş
haqqının
maliyyələşdirilməsi məsələsini 2022-ci ilin 18 aprelində təsdiq
edib. Meriya hər bir müəllimin gediş haqqını illik 500 lari, aylıq
isə 50 lari həcmində maliyyələşdirir. Meriya 140 müəllimə 10 ay
ərzində büdcədən 7000 lari ayıracaq.