Ötən gecə Lentexi merinin ofisi atəşə tutulub - araşdırma başlanıb
Noyabrın 1-də gecə saatlarında naməlum şəxslər Lentexi bələdiyyəsinin meri Qia Onianinin ofisinə atəş açıb, bundan sonra binada yanğın başlayıb.

Hadisə zamanı binada heç kim olmayıb.

Daxili İşlər Nazirliyindən Azadlıq Radiosuna verilən məlumata görə, istintaq Cinayət Məcəlləsinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə etmə və saxlama, özgənin əmlakına qəsdən zərər vurmanı nəzərdə tutan 236 və 187-ci maddələri ilə başlanıb.

Agentliyin məlumatına görə, hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.

“Gürcü arzusu”nun üzvü Qia Oniani 2021-ci il yerli özünüidarə seçkilərindən sonra Lentexi şəhərinin meri olub. Bu, onun dövlət vəzifəsində ilk dəfədir, bundan əvvəl Qia Oniani sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Print ელ. ფოსტა
თეგები: kriminal Polis
FaceBook Twitter Google