Polis Tbilisi küçələrinin birində gürcüləri təhqir edən Rusiya
vətəndaşını saxlayıb.
Hadisə noyabrın 5-də baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Netgazet”ə verilən
məlumata görə, həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 166 və
173-cü maddələri ilə xırda xuliqanlıq və polisə tabe olmama maddəsi
ilə saxlanılıb.
Sosial şəbəkədə yayılan videoda bildirilir ki, bir nəfər
Marcanişvili küçəsində dayanıb və davamlı olaraq gürcülərin
ünvanına təhqiramiz sözləri təkrarlayır.