Marneuli şəhərində elektrik enerjisinin verilməsi dayandırılacaq
"Energo Pro Georgia" şirkəti tərəfindən həyata keçirilən elektrik şəbəkəsinin planlı bərpa işlərinə görə, 15 noyabr tarixində Marneuli bələdiyyəsində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Şirkətdən verilən məlumata görə, bu gün saat 10:30-dan 18:30-a kimi Marneuli şəhərinin Rustaveli, 26 may, Qamsaxurdiya, Puşkin, Merab Kostava və ətraf küçələrdə elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Bərpa işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilməsi bərpa olunacaq və həmişəki rejimdə veriləcək.

Mənbə: tv4.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google