Qardabanili kikboksçu Özcan Əhmədov Türkiyənin İzmir şəhərində
keçiriləcək “Ümit Fight Arena 4 Kickboxing” yarışında iştirak
edəcək.
Bu ilin 17 dekabrında keçirilməsi planlaşdırılan yarışda o, ilk
peşəkar yarışına çıxacaq. Özcanın məşqçisi İsfahan Əliyev
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, o, idmançısına
inanır və həmin yarışdan idmançısı vətənə qələbə ilə qayıdacaq.
Özcan Əhmədov
kikboks üzrə beşqat Gürcüstan çempionudur.
2019-cu ildə
Almaniyanın Nordhorn şəhərində keçirilən
yeniyetmələr arasında yarışda K1 üzrə WFMC üzrə dünya çempionluğunu
qazanıb. Bununla yanaşı
bu ilin 1-6 noyabr tarixlərində Türkiyənin Antalya
şəhərində keçirilən “World Martial Arts Championship 2022”
yarışında Özcan Əhmədov böyüklər arasında keçirilən K1 üzrə dünya
çempionu adına da layiq görülüb.
Qeyd edək ki, Özcan Əhmədov Qardabanidə fəaliyyət göstərən
“Qaracalar” idman klubunun idmançısıdır. Onun baş məşqçisi isə
İsfahan Əliyevdir.