ADA Universiteti məktəb müəllimləri və ADA-da magistr təhsili almaq istəyən şəxslər üçün Azərbaycana tanışlıq turu təşkil edir
ADA Universiteti bu ilin 9-11 dekabr tarixlərində Gürcüstanda fəaliyyət göstərən Azərbaycandilli orta məktəblərin müəllimləri və ADA-da magistr təhsili almaq istəyən şəxslər üçün tanışlıq turu təşkil edəcək.

Bu barədə "Marneuli" radiosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, səfər çərçivəsində qonaqların ADA Universiteti (Bakı şəhəri) və Qazax Müəllimlər Seminariyası ilə tanış olmaq imkanları olacaq.

Tanışlıq turunda iştirak etmək üçün müraciət edən şəxslərin seçimi ADA Universiteti tərəfindən həyata keçiriləcək. Səfərlə bağlı bütün xərclər isə ADA Universiteti tərəfindən qarşılanacaq.

ADA Universitetinin tanışlıq turunda iştirak etmək istəyən şəxslərin 2022-ci il 25 noyabr tarixinədək əlavə olunan müraciət formasını dolduraraq Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it ünvanına göndərmələri xahiş olunub.

Səfərlə bağlı ətraflı məlumat almaq istəyən şəxslər, həmçinin Səfirliklə +995-577-60-60-06 nömrəsi ilə telefon əlaqəsi də saxlaya bilərlər.

Ərizə formasaı.

Print ელ. ფოსტა
თეგები: Azərbaycan Gürcüstan Tur
FaceBook Twitter Google