Tbilisinin Davit Quramişvili prospektində bədbəxt hadisə baş verib.
Bir neçə avtomobil və avtobus bir-biri ilə toqquşub.
Tbilisi nəqliyyat şirkətindən “Netgazet”ə verilən məlumata görə,
avtobus sürücüsü Birinci Universitet klinikasına aparılıb, lakin
hadisənin təfərrüatları məlum deyil.
“Netqazeti” təcili yardım xidməti ilə də əlaqə saxlayıb və oradan
bildiriblər ki, qəza nəticəsində heç kim ciddi xəsarət almayıb,
qurumun məlumatına
görə, üç yaralıdan ikisi klinikaya aparılmaqdan
imtina edib.
Hadisə ilə bağlı “Netqazeti” də Gürcüstanın Daxili İşlər Nazirliyi
ilə əlaqə saxlamağa çalışır.