Gürcüstanda işsizlərin sayı 19,3% azalaraq 250,7 min nəfər təşkil edib
2022-ci ilin 3-cü rübündə Gürcüstanda işsizlik səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz bəndi azalaraq 15,6 faiz təşkil edib. Bu barədə məlumatı Milli Statistika Xidməti yayıb.

Onların hesabatlarına görə, 2022-ci ilin 3-cü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı 52 min nəfər (6,0%) artaraq 913,8 min nəfərə, özünüməşğulluq fəaliyyəti ilə məşğul olanların sayı isə bir neçə dəfə artıb. Həmin dövrdə işsizlərin sayı 60,1 min nəfər (19,3%) azalaraq 250,7 min nəfər olub.

“2022-ci ilin 3-cü rübündə əvvəlki rüblə müqayisədə muzdla işləyənlərin sayı 45,9 min nəfər (5,3%), özünüməşğul əhalinin sayı 43,1 min nəfər (10,7%) artıb, işsizlərin sayı isə 30,8 min (11,0%) azalıb.

2022-ci ilin 3-cü rübündə işçi qüvvəsində iştirak səviyyəsi (15 və daha yuxarı yaşda olan əhalinin tərkibində işçi qüvvəsinin xüsusi çəkisi) əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz bəndi artaraq 53,5 faizə, məşğulluq səviyyəsi isə 2,7 faiz bəndi artaraq 45,2 faiz təşkil edib.

Şəhər tipli qəsəbələrdə işçi qüvvəsinin iştirak səviyyəsi 1 faiz bəndi azalmış, kənd tipli qəsəbələrdə isə 2,9 faiz bəndi artmışdır. Məşğulluğun səviyyəsi həm şəhər tipli (1,8 faiz bəndi), həm də kənd tipli (3,8 faiz bəndi) yaşayış məntəqələrində artaraq müvafiq olaraq 45,4 faiz və 44,9 faiz təşkil etmişdir.
2022-ci ilin 3-cü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi muzdla çalışan işçilərin xüsusi çəkisi dəyişməyərək 67,3 faiz təşkil edib.
2022-ci ilin 3-cü rübündə həm şəhər, həm də kənd yaşayış məntəqələrində işsizliyin səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 4,8 və 2,7 faiz bəndi azalmışdır.

Kişilər arasında işsizlik nisbəti ənənəvi olaraq qadınlardan daha yüksəkdir. Cari ilin III rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyd olunan göstərici qadınlarda 3,5 faiz bəndi, kişilərdə isə 4,2 faiz bəndi azalmışdır.

Kişilər arasında işçi qüvvəsində iştirak nisbəti qadınlardan daha yüksəkdir. Hesabat dövründə qeyd olunan göstərici qadınlarda 43,4 faiz, kişilərdə isə 65,3 faiz təşkil edib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qadınlar arasında işçi qüvvəsində iştirak səviyyəsi 1 faiz bəndi, kişilər arasında isə 0,5 faiz bəndi artmışdır.

2022-ci ilin 3-cü rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məşğulluğun səviyyəsi həm qadınlar, həm də kişilər üzrə müvafiq olaraq 2,4 və 3,2 faiz bəndi artıb.
Mənbə: BPN

Print ელ. ფოსტა
თეგები: Gürcüstan İşsizlərin sayı
FaceBook Twitter Google