“Hər il yol qəzalarında 1,3 milyon insan ölür, 50
milyon insan isə yaralanır”.
Bunu BMT Baş katibi Antonio Quterreş tviterdə yazıb.
Onun sözlərinə görə, uşaq və gənclərin ölümünə daha çox yol
qəzaları
səbəb olur.
BMT Baş katibi buna görə də dünya ölkələrini yolları daha
təhlükəsiz etməyə çağırıb. O bildirib ki, bununla da insanların
həyatını xilas etmək mümkün ola bilər.