Ermənistan atəşkəsi pozub, Azərbaycan Ordusu cavab
tədbirləri görüb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat
yayıb.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, noyabrın 21-i saat
22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri
Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış
məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan
Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi
yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif
çaplı atıcı
silahlardan fasilələrlə atəşə tutub.
"Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd və Füzuli
rayonları istiqamətlərində yerləşən mövqeləri də noyabrın 21-i saat
16:50-dən noyabrın 22-si saat 01:05-dək fasilələrlə atəşə
tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat
cavab tədbirləri görülüb", – məlumatda deyilir.