Azərbaycan və Gürcüstan XİN konsulluq məsələləri ilə bağlı məsləhətləşmələr keçirir
Bakıda Azərbaycan və Gürcüstanın xarici işlər nazirlikləri arasında konsulluq məsələləri ilə bağlı məsləhətləşmələrin növbəti raundu keçirilir.

Gürcüstan nümayəndə heyətinə Gürcüstan XİN-in konsulluq departamentinin direktoru Giorgi Tabatadze rəhbərlik edir. Keçirilən iclaslarda Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, həmçinin Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edir.
Mənbə: apa.az

Print