Tercolada keçmiş arvadının üstünə yanacaq tökən, sonra isə onu yandıran və hadisə zamanı yaralanan kişi süni tənəffüs aparatına qoşulub
Tercolada keçmiş arvadının üstünə yanacaq tökən, sonra isə onu yandıran və hadisə zamanı yaralanan şəxs indiyədək klinikada qalır.

Leonide Zviadadzenin vəziyyəti hələ də ağırdır.
Həkimin sözlərinə görə, onun bədəninin 70%-i yanıb və süni tənəffüs aparatına qoşuludur.
Ailənin xahişi ilə kişi Tercoli klinikasından Kutaisidəki yanıq mərkəzinə köçürülüb.

Xatırladırıq ki, hadisə ötən gün Tercoladakı supermarketlərdən birində baş verib. Zviadadze keçmiş arvadının üstünə yanacaq tökərək yandırıb, özü də qəza zamanı xəsarət alıb. Qəza nəticəsində xəsarət alan gənc qadın dünyasını dəyişib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google