Marneuli meriyası 25 227 lari dəyərində dəftərxana ləvazimatları alacaq
Marneuli yerli özünüidarəsi dəftərxana ləvazimatlarının alınması üçün tender elan edib.

Marneuli meriyası tenderə görə, mexaniki karandaşlar, ehtiyat karandaş, diyircəkli qələmlər, pozan, karandaş itiləyən qədləyən, dəftərxana ləvazimatları, təqvimlər, stepler və stepler simləri, kağız sancaqları, knopkalar, dəftərxana qısqacları, maqnitli lövhə silgiləri, markerlər, korreksiya ağardıcıları, mürəkkəb, özü qatlanan kağızlar, masa rəfləri və orqanayzerlər, antisteplerlər, dəlgeclər (kağız deşən), sənədlərin yığılması üçün qovluqlar, dəftərxana bıçaqları, zərflər, flipçart kağızları və lövhələrin 25 227 lariyə alınmasını planlaşdırır.

Marneuli yerli özünüidarəsi dəftərxana ləvazimatları almaq üçün tenderi 25 noyabrda elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 3 dekabrdan 5 dekabra qədər öz təkliflərini təqdim edə bilərlər.


Tender sənədlərinə görə, qalib gələn şirkət müqavilə bağlandıqdan etibarən 10 gün ərzində dəftərxana ləvazimatlarını təhvil verməlidir.
"Marneuli" Radiosu

Print