Laqodexidə baş verən yol qəzasında iki nəfər ölüb
Laqodexidə baş verən qəzada iki nəfər ölüb.

Hadisə gecə saatlarında Vardisubani kəndi yaxınlığında baş verib. 28 və 35 yaşlı kişilər avtomobillə hərəkətdə olarkən sürücü sükanın idarəetməsini itirib, sürüşərək ağaca çırpılıb. Hər iki şəxs aldığı xəsarətlərdən yerindəcə keçinib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Print ელ. ფოსტა
თეგები: Avtomobil Laqodexi ölüm Qəza
FaceBook Twitter Google