ABŞ prezidenti Co Bayden faktiki olaraq Rusiya Federasiyası ilə
danışıqların yalnız Vladimir Putin Ukraynanı tərk etdikdən sonra
mümkün olduğunu deyib, lakin bu, mümkün deyil, xüsusi əməliyyat
davam edir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Kreml buna hazır deyil.
"Sözsüz ki, xüsusi hərbi əməliyyat davam edir. Məqsədlərimizə
çatmaq üçün prezident Putin hamı ilə danışıqlara açıq olub, indi də
açıqdır və açıq olaraq qalır. ABŞ hələ də Rusiya Federasiyasının
tərkibində yeni əraziləri tanımır və təbii ki, bu, hansısa
qarşılıqlı zəmin axtarışını, qarşılıqlı müzakirə üçün mümkün olan
zəmin axtarışını xeyli çətinləşdirir", - deyə Kremlin
sözçüsü vurğulayıb.
Qeyd edək ki, Bayden Putinlə yaxın gələcəkdə təmas qurmağı
planlaşdırmadığını, lakin Rusiya prezidenti Ukraynadakı münaqişənin
sona çatmasında “maraq göstərərsə” belə bir ehtimalın mümkün
olduğunu açıqlayıb. Eyni zamanda, Amerika lideri vurğulayıb ki,
Rusiya prezidenti ilə gələcək təmaslar ABŞ-ın NATO-dakı
tərəfdaşları ilə məsləhətləşmələri əsasında mümkündür.