Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı
gürcü yazıçısı T.Badzağuanın “Pəncərələrin o biri tərəfi” əsərinin
motivləri əsasında hazırlanmış tamaşanın premyerasını keçirəcək
. Premyera 12 dekabr tarixində saat 19:00-da Qriboyedov adına Rus
Dram Teatrının kiçik səhnəsində baş tutacaq. Bu barədə teatrın
rəhbəri Turqay Vəlizadə “Marneuli” radiosuna məlumat verdi.
Onun sözlərinə görə, tamaşada Telman İsfahanlı, Nərmin Həsənova,
Mədinə Həsənova və Fuad İsfahanlı iştirak edəcəklər.
Tamaşanın quruluşçu rejissoru Ketevan-Xatuna Bedeladzedir.
Tamaşanın rəssamı isə Aleksandr Slovinskidir.
Biletin qiyməti 10 laridir və biletləri aşağıdakı saytdan əldə edə
bilərsiniz:
biletebi.ge
Tamaşanın keçiriləcəyi ünvan: Qriboedov teatrı Ş.Rustaveli
prospekti 2/4, Tbilisi, Gürcüstan.