Marneuli meriyası beş məktəbdən şagirdlərin daşınmasına iki ayda 58 774 lari xərcləyib
Marneuli yerli özünüidarəsi beş məktəbdən şagirdlərin daşınmasına iki ay ərzində 58 774 lari xərcləyib. Marneuli meriyası və “Ekspress-Trans-2” MMC arasında bağlanmış sadələşdirilmiş müqaviləyə görə, yerli özünüidarə şirkətə şagirdlərin noyabr-dekabr aylarında daşınması tapşırığı veribmiş.

“İctimai məktəb şagirdlərinin daşınması xidməti əvvəlcədən təyin edilmiş istiqamətlərə əsasən texniki baxımdan qaydasında olan, müvafiq həcm və saya uyğun olan nəqliyyat vasitəsi ilə həyata keçirilməlidir. Daşınma zamanı şagirdlərin sağlamlığına ziyan vuracaq hallar olmamalıdır. Eləcə də nəqliyyat vasitəsində sanitar-gigiyenik normalar qorunmalıdır. Məktəb şagirdlərinin daşınması elə həyata keçirilməlidir ki, heç bir şagird nəqliyyatda yer olmadığına görə ayaq üstə durmamalıdır. Şagirdlərin məktəbə aparılması dərs prosesi başlamazdan ən az 5 dəqiqə, ən çoxu 40 dəqiqə əvvəl həyata keçirilməlidir. Məktəbdən qayıtmaq isə dərs prosesi başa çatdıqdan ən gec 40 dəqiqə sonra olmalıdır”, – müqavilə tələbində yazılıb.

Şagirdlərin daşınması sonrakı 5 istiqamətdə həyata keçirilib:
  • Ağməmmədli kəndindən Quşçu kəndinin keçmiş ictimai məktəbinə
  • Ağməmmədli kəndindən Qaçağan 1 saylı ictimai məktəbinə
  • Böyük Bəylər kənd ictimai məktəbindən Saimerlo ictimai məktəbinə
  • İmir ictimai məktəbindən Şulaveri kənd 2 saylı ictimai məktəbinə
  • Təzəkənd 2 saylı ictimai məktəbindən Sadaxlı 1 saylı ictimai məktəbinə
  • Kirovka ictimai məktəbindən Dəmyə-Görarxı ictimai məktəbinə

Print ელ. ფოსტა
FaceBook Twitter Google