Qaribaşvilinin sözlərinə görə, o, Rusiya-Ukrayna müharibəsində Gürcüstanın tərəfindədir
“Mən Gürcüstanın tərəfindəyəm”, – baş nazir İrakli Qaribaşvili jurnalistin Rusiya ilə Ukrayna arasında kimin tərəfində olması ilə bağlı sualına belə cavab verir.

Qaribaşvilinin sözlərinə görə, o, öz ölkəsinin maraqlarının müdafiəçisidir və sağ olduğu müddətcə də belə olacaq.

“Bu, bütün vətəndaşlarımızın öhdəliyi və istəyidir. Ölkəni, Gürcüstanı düşünüb, başqa ölkələri bir kənara qoymalıyıq... Mən ədalətin tərəfindəyəm. Biz Ukraynanın müstəqilliyini, azadlığını, ərazi bütövlüyünü dəstəkləyirik və arzumuz budur ki, bu müharibə tez bir zamanda bitsin”, - Qaribaşvili bildirib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
თეგები: Gürcüstan Müharibə
FaceBook Twitter Google