Təzəkənd və İmirdə tullantılar problemi
Polietilen torbalar, uşaq bezləri, şüşə qırıqları, məişət tullantıları, bunlar Təzəkənddə qarşılaşacağınız əşyaların natamam siyahısıdır. Qeyri-qanuni zibilliyin ətrafında xoşagəlməz qoxu və pis görüntü var. Təzəkənddə yaşayan Aytac Məmmədova deyir ki, zibil qablarının olmamasına görə, əhali tullantıları çaya ya da təbii zibilliklərə atırlar.

“Bizim kənddə ən böyük problem zibil qablarının olmamasıdır. Hamı zibili küçəyə atır, ekologiyaya ziyan vururlar. Bu uşaqların sağlamlığına da zərərlidir. Uşaqlar oynayırlar, yoldan nəisə götürülər və ağızlarına vura bilərlər. Küçəyə atılmış zibil pis görünüş yaradır. İstəyirəm bu problem həll olunsun”, – Aytac Məmmədova deyir.

Təzəkən tullantılar problemi olan yeganə kənd deyil. Bəylər kəndində də eyni problem var.

“Bizim kənddə də zibil problemi var. Əhali zibili ya kanala ya da boş ərazilərə atır. Ona görə də yeganə problemimiz budur. Yayda uşaqla çayda çimirlər, əhali sudan istifadə edir və şikayət edirlər ki, çirklidir”.

Marneuli bələdiyyəsi miyasında ümumilikdə 84 kənd var. Onların əksəriyyərinə “Təmiz Marneuli” MMC xidmət göstərir. Bələdiyyə şirkətinin rəhbəri Leri Mumladze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, təmizliklə bağlı qeyd olunan kənddə konkret planları yoxdur. Mumladzenin sözlərinə görə, yaxın gələcəkdə 800 ədəd yeni zibil qutusu əldə edəcəklər və tələbə uyğun olaraq müvafiq yerlərə yerləşdirəcəklər.

“İndiki mərhələdə kəndlərin daxilinə girmirik, buna imkanımız çatmır, nəqliyyat lazımdır. Maşın (zibil daşıyan maşın) gözləyirik, əgər gəlsə bir neçə kəndi əlavə edə bilərik, dəqiq bilmirəm. Ehtiyac olan yerlərə zibil qabları əlavə olunacaq. 800 ədəd zibil qabının gətirilməsini gözləyirik, 25 dekabr qədər gətirilməlidir”, – Mumladze bildirdi.

Marneuli meriyası 829 ədəd konteyneri 493 255 lariyə alıb. Tender təklifinə görə, plasmas konteynerlər 1 100 litr həcmində olacaq, maksimum yük qaldırma isə 440 kilo olmalıdır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google