Gündəlik olaraq nəqliyyat vasitələrindən istifadə edən hər kəsin
əsas problemlərindən biri də tıxaclardır.
Xüsusən pik saatlarda daha çox müşahidə olunan tıxacların
yaranmasına bir yox, əslində bir neçə səbəb zəmin yaradır. Daha çox
Marneulinin mərkəzi küçəsində müşahidə olunan vəziyyətə görə
gecikmə halları, aqressiya, mübahisə, bəzən də qəza halları baş
verir.
Tıxacın yaranmasının səbəbləri nədir? Bu problemlərin çözülməsi
üçün sürücülər və piyadalar nə etməlidirlər? Mövzu ilə bağlı
Marneuli sakinləri arasında sorğu keçirdik. Sorğuda iştirak edən
sakinlərin əksəriyyəti bildirdi ki, Marneulidə avtomobillərin sayı
gündəlik artır və bu da tıxacların yaranmasına səbəb olur.