Marneulidə tıxacın yaranmasının səbəbləri nədir? – SORĞU
Gündəlik olaraq nəqliyyat vasitələrindən istifadə edən hər kəsin əsas problemlərindən biri də tıxaclardır. Xüsusən pik saatlarda daha çox müşahidə olunan tıxacların yaranmasına bir yox, əslində bir neçə səbəb zəmin yaradır. Daha çox Marneulinin mərkəzi küçəsində müşahidə olunan vəziyyətə görə gecikmə halları, aqressiya, mübahisə, bəzən də qəza halları baş verir.

Tıxacın yaranmasının səbəbləri nədir? Bu problemlərin çözülməsi üçün sürücülər və piyadalar nə etməlidirlər? Mövzu ilə bağlı Marneuli sakinləri arasında sorğu keçirdik. Sorğuda iştirak edən sakinlərin əksəriyyəti bildirdi ki, Marneulidə avtomobillərin sayı gündəlik artır və bu da tıxacların yaranmasına səbəb olur.


Print