Marneuli-Tbilisi yolunda yol-nəqliyyat hadisəsi baş verib
Bu gün, 27 dekabr tarixində saat 11:00 radələrində Marneuli-Tbilisi yolunun Kumisidən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza zamanı “Ford Focus”, “Ford Transit” və “Nissan Tiida” markallı avtomobillər toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan olmayıb.

Qəzanın baş verdiyi əraziyə patrul polisi cəlb olunub.

Print ელ. ფოსტა
თეგები: Marneuli-Tbilisi yolu Polis qeza
FaceBook Twitter Google