İmir kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib (FOTO)
Bu gün, 9 yanvar tarixində səhər saat 09:30 radələrində Marneuli-Sadaxlı avtomobil yolunun İmir kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

24News.ge-nin məlumatına görə, “Toyota” markalı avtomobilin sürücüsü ötmə əməliyyatı həyata keçirən zaman idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Minik maşınına ciddi ziyan dəyib.

Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb və o, təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Qəzanın baş verdiyi əraziyə patrul polisi cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Print ელ. ფოსტა
FaceBook Twitter Google