Marneulidə 2022-ci ildə 30 tələbə 50 larilik gediş haqqı dəstəyindən faydalanıb
2022-c ildə Marneulidə qeydiyyatdan keçmiş 30 tələbə “Tələbələrin gediş haqqı xərcinə dəstək” proqramından faydalanıb.

Bu barədə radiomuza yerli özünüidarədən məlumat verildi. Marneuli meriyasından bildirirlər ki, bu rəqəm 2023-cü ildə artırıla bilər. Çünki pandemiyaya görə, ötən illərdə təhsil onlayn və ya qarışıq formatda aparılırdı. Gediş haqqı dəstəyindən faydalanmaq üçün təhsil rübünün yenilənməsi ilə yanaşı tələbə statusu olan şəxslər sənədləri meriyaya yenidən təqdim etməlidirlər.

Sənədlərin qəbulu 20 marta qədər davam etdiriləcək. Proqram ilin 10 ayı ərzində tələbələrin gediş haqqına hər ay 50 lari dəstəyi nəzərdə tutur.

Proqramdan yalnız müvafiq hədəf qrupun nümayəndələri yararlana biləcək. “4+1” proqramı çərçivəsində hazırlıq kursunda təhsil alanlar və birinci kursun, birinci rübün tələbələri meriyanın maliyyələşdirməsindən faydalana bilməyəcəklər.

Nəqliyyat xərclərinə dəstək göstəriləcək:
Aztəminatlı tələbələr (30 000-dək reytinq balı olanlar);

• Xüsusi ehtiyacı olan tələbə;
• Yüksək akademik iştirakı olan tələbə (Bütün fənlərdən ən az 91 ballıq qiyməti olan);
• Pedaqoji ixtisas sahəsində təhsil alan (Ən az A,B,C – akademik balı olan);
• İbtidai sinif pedaqogikası fakültəsinin tələbəsi;
• Gürcü dili və ədəbiyyatı fakültəsinin tələbəsi;
• Biologiya fakültəsinin tələbəsi;
• Kimya fakültəsinin tələbəsi;
• Fizika fakültəsinin tələbəsi;
• Tarix fakültəsinin tələbəsi;
• Riyaziyyat fakültəsinin tələbəsi;
• Məcburi qaçqın statusu olan tələbə;
• Çoxuşaqlı ailədən olan tələbə (18 yaşa çatmamış ən azı 3 uşağı olan);
• Ailədə də ən azı 3 tələbəsi olan tələbələr;
• Veteran övladı olan tələbə;
• Ata-anası olmayan tələbə.


Maraqlanan şəxslər qərarla nəzərdə tutulmuş sənədlərlə yanaşı ərizəni Marneuli meriyasının dəftərxanasına verməli və ya bələdiyyənin rəsmi elektron poçt ünvanına göndərməlidirlər: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

Təqdim olunmalı sənədlərlə bağlı ətraflı məlumata buradan baxa bilərsiniz: link
"Marneuli" Radiosu

Print