Marneulili Salome Xraşiladze oxçuluq üzrə Gürcüstan çempionatında ikinci olub
Salome Xarşiladze oxçuluq üzrə Gürcüstan çempionatında ikinci olub. Marneuli bələdiyyəsi 20-22 yanvar tarixlərində Gürcüstan oxçuluq çempionatına ev sahibliyi edib. İdman tədbiri Gürcüstan Mədəniyyət, İdman və Gənclər Nazirliyinin dəstəyi, Gürcüstan Milli Oxçuluq Federasiyası və Marneuli İdman Məktəbinin təşkilatçılığı ilə “Azerbaijan House” idman zalında keçirilib. Salome Xarşiladzenin “Marneuli” radiosuna bildirdiyinə görə, qeyd olunan çempionat onun karyera inkişafının ilkin şərtidir və yarışlar üçün fəal olaraq hazırlaşırmış.

“Bu çempionat böyüklər kateqoriyasında keçirilir. 24 qız iştirak edirik. Bu yarış mənim üçün çox mühüm idi. Çünki bu yarışla Avropa çempionatı iştirakçıları və ya Avropa çempionatına qızlardan kimin gedəcəyi müəyyənləşəcəkdi. Kifayət qədər böyük rəqabət var idi. Çünki 3 qız və 3 oğlan qatıla bilərdi. Bu yarış üçün artıq əvvəlki yarışlardan hazırlaşmağa başlamışdım, çünki özümü yaxşı göstərməli idim”, – Salome Xarşiladze bildirdi.

Mükafat yerləri belə bölünüb:

Qızlar:
  • Birinci yer: Tsiko Putkaradze
  • İkinci yer: Salome Xarşiladze
  • Üçüncü yer: Teo Kutaladze

Oğlanlar:
  • Birinci yer: Mirian Tsulukidze
  • İkinci yer: Beka Quqeşaşvili
  • Üçüncü yer: Anri Basiladze

Qeyd edək ki, Salome Xarşiladze Marneuli İdman Məktəbinin yetirməsidir. Onun fərdi məşqçisi Qiorqi Qordezianidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google