Marneuli yerli özünüidarəsi 2023-cü il ərzində küçə işıqlarına 2
125 000 lari xərcləməyi planlaşdırır.
Marneulinin 2023-cü il büdcəsinə əsasən, küçə işıqlarına ayrılmış
pul iki istiqamətə bölünəcək. Ümumi pulun bir hissəsi küçə
işıqlarına qulluq-istismara, bir qismi isə elektrik enerjisi
ödənişlərinə xərclənəcək.
“Gecə-gündüz – hər hansı vaxtda əhalinin rahat və
təhlükəsiz hərəkət etməsi üçün vacib şərt bələdiyyənin küçə
işıqlarıdır.
Bələdiyyə ərazisində küçə işıqları şəbəkəsi 16 267
dirəyi, həmin miqdarda da lampanı əhatə edir. Proqram çərçivəsində
həyata keçiriləcək: küçə işıqları nöqtələrinə (küçələr. meydanlar,
parklar, bina-tikililər) qulluq-istismarı və istifadə olunan
elektrik enerjisinin dəyərinin ödənilməsi; Yaşayış məntəqələrində
işıqlandırma işləri və elektrik enerjisi şəbəkəsinin
qoşulması”, – küçə işıqları proqramında qeyd
olunub.
İşıqlandırma nöqtələrinə (küçələr. meydanlar, parklar,
bina-tikililər) qulluq-istismarı əhatə edən küçə işıqları
şəbəkəsinin istismarı proqramı üçün 525 000 lari xərclənəcək.
Küçə işıqları şəbəkəsinin fəaliyyəti üçün xərclənən elektrik
enerjisi xərclərinə isə meriya büdcəsindən 1 600 000 lari
ayrılıb.