Marneulinin 2023-cü il büdcəsindən ətraf mühitin mühafizəsinə 3 273 000 lari xərclənəcək
Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsində ətraf mühitin mühafizəsi üçün 3 273 000 lari nəzərdə tutulub.

Təmizləmə və tullantıların idarəolunması proqramı çərçivəsində şəhərin ayrıca ərazisinin, yaşıl örtüyün, şəhərdəki həyətlərin təmizlənməsi, zibil qablarının yuyulması, şəhərin ayrıca ərazilərinin, küçələrin təmizlənmə-yuyulması, şəhər ərazisinin qar örtüyündən təmizlənməsi, şaxtaya qarşı işlərin həyata keçirilməsi və lazım gələn halda qar kütləsinin daşınması, iribuynuzlu mal-qaranın şəhərdə hərəkət etməsinin qarşısının alınması, məişət tullantılarının daşınması, zibilliklərin istismarı və sanitar xidmət həyata keçiriləcək. Proqramda bələdiyyənin təmizlənməsi və tullantıların daşınması üçün 2 100 000 lari ayrılıb.

“Proqram bələdiyyə ərazisinin təmizlənməsini təmin edir və bu da öz növbəsində, küçələrin, təmizlənməsi, zibil qablarının yerləşdirilməsi və tullantıların daşınmasını əhatə edir. Bu istiqamətdə bələdiyyəyə 35 (54 norma ilə ) süpürgəçi xidmət göstərir. Onlar gündəlik 170713 kv.m sahəni təmizləyirlər. 779 zibil qabı var. Buna baxmayaraq, bələdiyyədə bugünkü vəziyyətdə təmizlənməyən yerlər qalır. Çünki müvafiq texnika və zibil qabları yoxdur. Bizim məqsədimiz əhaliyə yavaş-yavaş bu xidmətin tam göstərilməsidir”, – büdcədə yazılıb.

Yerli özünüidarə “Marneuli üzvi tullantılarının emalı müəssisəsi” MMC-nin subsidiyası, zibilliyin tam işləməsini təmin etmək üçün 270 000 lari nəzərdə tutub. Bu şəhərin sanitar və ekoloji vəziyyətini yaxşılaşdıracaq.

Diqqətdən kənar qalmış itlərin monitorinqi, onların sterilizasiyası, eləcə də lazım olan halda xəstələnmiş itlərə evtanaziya, heyvan qəbiristanlığına aparılması xidməti üçün üçün 50 000 lari ayrılıb.

2023-cü ilin büdcəsində yaşıl bitkilərə qulluq, onların inkişaf etdirilməsi üçün 375 000 lari nəzərdə tutulub.

“Proqram çərçivəsində yeni ağacların, çiçəklərin və müxtəlif bitkilərin əkilməsi, yeni yaşıllaşdırma zonalarının yaradılması, mövcud parklara qulluq göstərilməsi, ağacların budanması, ağardılması həyata keçiriləcək. Bu halda bələdiyyənin yaşıl örtüyü qorunub-saxlanacaq”, – proqramın izahatında yazılıb.

Bələdiyyə ərazisinin yavaş-yavaş zibil qablarının yerləşdirilməsi, eləcə də zibilin vaxtında, müvafiq intensivliklə daşınmasının tam təmin edilməsi üçün zibil daşıyan maşının və zibil qablarının alınmasına 480 000 lari xərclənəcək.

"Marneuli" Radiosu
Print