Marneulinin 1 saylı bağçasında yerlər demək olar, dolub
Marneuli şəhəri 1 saylı uşaq bağçasında boş yerlər demək olar, dolub. Məlumatı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov təsdiq etdi və bildirdi ki, boş qalmış 60 yerdən hazırda yalnız 6-sı qalıb. Marneuli şəhərində yeni bərpa olunmuş 1 saylı uşaq bağçası 18 yanvar tarixində açılıb. 210 uşaq üçün nəzərdə tutulmuş təhsil müəssisəsi 150 uşaqla fəaliyyətə başlayıb.

“Siyahı ilə 150 uşağımız var, onlar yayda qeydiyyatdan keçmiş uşaqlardır, amma çox uşaq bizim bağçanın açılmasını gözləyir. Çünki açıldığını eşidiblər və yeni uşaqlar gələcək, daha 60 uşaq qəbul etmək imkanımız var”,
– bağça rəhbəri Zeinab Nadiradze 18 yanvar tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı bildirmişdi.

Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bildirdi ki, istəyi olanlar gedib bağçada qeydiyyatdan keçə bilərlər. Qeydiyyat yerlər dolana qədər davam edəcək.

Marneulidə 84 kənd var, bələdiyyədə isə yalnız 14 uşaq bağçası fəaliyyət göstərir.

Marneulidə hər il yüzlərlə uşaq məktəbəqədər təhsil müəssisəsindən kənar qalır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები