İctimai sektorda işlə təmin olunanların əməkhaqqı 10% artırılıb.
Əməkhaqqılarında dəyişiklik yerli özünüidarədə işləyənlərə də təsir
göstərib.
Bələdiyyə Məclisi artıq Marneuli meriyasının ştat siyahısının
təsdiqlənməsi və meriyanın vəzifəli şəxslərinin, peşəkar dövlət
məmurlarının, inzibati müqavilə ilə işə qəbul olunmuş şəxslərin
əməkhaqqının miqdarında dəyişikliklər edib.
Marneuli meri Kənan Ömərovun əməkhaqqı 550 lari artıb və aylıq
əməkhaqqı hazırda 6050 lari təşkil edir. Merin birinci müavini Roin
Dekanoidzenin əməkhaqqı 440 lari artırılıb və 4 840 laridir. Digər
iki müavin, Zurab Panqani və Temur Şubitidzenin əməkhaqqısı isə 4
235 lari təşkil edib.
Bir neçə xidmət və onların rəhbərlərinin əməkhaqqını sizə təqdim
edirik:
İnzibati Xidmət:
- Birinci struktur vahidinin rəhbəri - əməkhaqqı 3509
lari
İcraat və Vətəndaşlara Xidmət Şöbəsi:
- İkinci struktur vahidinin rəhbəri – 2783
lari
İctimaiyyətlə Əlaqələr Şöbəsi:
- İkinci struktur vahidinin rəhbəri – 2783
lari
Maliyyə-Büdcə Xidməti:
- Birinci struktur vahidinin rəhbəri – 3509
lari
Nəzarət Xidməti:
- Birinci struktur vahidinin rəhbəri – 3509
lari
Səhiyyə, Sosial Təminat, Mədəniyyət, İdman, Uşaq
Hüquqlarının müdafiəsi və Dəstəkgöstərmə Xidməti:
- Birinci struktur vahidinin rəhbəri – 3509
lari
Maliyyə naziri Laşa Xutsişvilinin məlumatına görə, ictimai sektorda
olan əməkhaqqı siyasəti özəl sektorun göstəricilərindən hiss
olunacaq dərəcədə geri qalır və bu fərq 2026-cı ilə qədər aradan
qaldırılmalıdır.
Qeyd edək ki, Marneuli bələdiyyəsinin 2023-cü il büdcəsində
əməkhaqqıları üçün 7 057 000 lari nəzərdə tutulub.