Marneulinin 2023-cü il büdcəsində gənclər üçün hansı xidmətlər nəzərdə tutulub
Marneuli meriyası 2023-cü il ərzində gənclərə dəstək üçün büdcədə 110 000 lari nəzərdə tutub. Gənclər üçün ayrılmış vəsaitin gənclərin inkişafına dəstək sisteminin yaradılmasına, tələbələrin gediş haqqının maliyyələşdirilməsinə, gənc ideyalar müsabiqəsinə, tələbələrin həvəsləndirilməsinə bölünməsi nəzərdə tutulub.

“Gənclərin qərarların qəbulu prosesində iştirakını təmin edəcək, qeyri-formal təhsil, məlumatın əlçatanlığı, təhlükəsizlik, sağlam mühit, bərabər imkanlar yaradacaq, gənclərin inkişafına dəstək olan və institusional şəkildlə formalaşmış sistemin yaradılması. Bələdiyyə Məclisi tərəfindən təsdiqlənmiş “Təşəbbüslərin qarşılıqlı maliyyələşdirilməsi və gənc ideyaların həyata keçirilməsi qaydasına” müvafiq olaraq, gənclər təşkilatları, təşəbbüs qrupları, fəal gənclər tərəfindən təqdim ediləcək layihələrin maliyyələşdirilməsi üçün gənc ideyalar müsabiqəsi elan olunacaq”, – Gənclərə dəstək proqramının məqsədlərində yazılıb.

Gənclərə dəstək proqramına görə, Bələdiyyə Məclisi tərəfindən təsdiqlənmiş “Marneuli bələdiyyəsi ərazisində qeydiyyatdan keçmiş tələbələrin gediş haqqına dəstək göstərmə qaydası” və “Marneuli bələdiyyəsi ərazisində qeydiyyatdan keçmiş uğurlu tələbələrin həvəsləndirilməsi qaydasına” uyğun olaraq tələbələrin həvəsləndirilməsi məqsədi ilə mer mükafatı veriləcək, özünüidarə tərəfindən akkreditasiyadan keçmiş təhsil müəssisələrinin fəal tələbə statusu olan tələbələrin gediş haqqı təmin olunacaq.

Qeyd edək ki, Marneuli yerli özünüidarəsi 2022-ci il ərzində gənc ideyalar müsabiqəsi elan etməyib.

Tələbə statusu olan şəxslər gediş haqqına dəstək almaq üçün tədris rübünün yenilənməsi ilə yanaşı meriyaya yenidən sənədlər təqdim etməlidirlər.

Sənədlərin qəbulu 20 marta qədər davam edəcək. Proqram tələblərə gediş haqqı üçün il ərzində 10 ay, ayda 50 lari dəstək göstərilməsini nəzərdə tutur.

Proqramdan yalnız müvafiq hədəf qrupun nümayəndələri yararlana biləcək. “4+1” proqramı çərçivəsində hazırlıq kursunda təhsil alanlar və birinci kursun, birinci rübün tələbələri meriyanın maliyyələşdirməsindən faydalana bilməyəcəklər.

Nəqliyyat xərclərinə dəstək göstəriləcək:
  • Aztəminatlı tələbələr (30 000-dək reytinq balı olanlar);
  • Xüsusi ehtiyacı olan tələbə;
  • Yüksək akademik iştirakı olan tələbə (Bütün fənlərdən ən az 91 ballıq qiyməti olan);
  • Pedaqoji ixtisas sahəsində təhsil alan (Ən az A,B,C – akademik balı olan);
  • İbtidai sinif pedaqogikası fakültəsinin tələbəsi;
  • Gürcü dili və ədəbiyyatı fakültəsinin tələbəsi;
  • Biologiya fakültəsinin tələbəsi;
  • Kimya fakültəsinin tələbəsi;
  • Fizika fakültəsinin tələbəsi;
  • Tarix fakültəsinin tələbəsi;
  • Riyaziyyat fakültəsinin tələbəsi;
  • Məcburi qaçqın statusu olan tələbə;
  • Çoxuşaqlı ailədən olan tələbə (18 yaşa çatmamış ən azı 3 uşağı olan);
  • Ailədə də ən azı 3 tələbəsi olan tələbələr;
  • Veteran övladı olan tələbə;
  • Ata-anası olmayan tələbə.
Maraqlanan şəxslər qərarla nəzərdə tutulmuş sənədlərlə yanaşı ərizəni Marneuli meriyasının dəftərxanasına verməli və ya bələdiyyənin rəsmi elektron poçt ünvanına göndərməlidirlər: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

Print ელ. ფოსტა
FaceBook Twitter Google