Kənd toplantısı keçiriləcək ilk 10 kənd

Altı gündən sonra Marneuli bələdiyyəsi miqyasında kəndə dəstək proqramının həyata keçirilməsinə başlanılacaq.


Marneuli üçün ayrılmış 1 232 000 lari 68 kəndə bölünməlidir. Kənd toplantıları/məsləhətlərin verilməsi 1 fevraldan başlayacaq və 10 kənddə keçiriləcək. Sabirkənd, Algeti, Təzəkənd, Qasımlı, Ağməmmədli, Quşçu, Qaçağan, Təkəli, Xancığazlı və Kirəç-Muğanlı əhalisi kəndə ayrılmış pulu istədikləri layihəyə böləcəklər.

Kəndlərə pul əhalinin sayına əsasən bölünəcək. Hər kəndə minimum məbləğ 10 000, maksimum isə 20 000 lari təşkil edir. Ümumi kənd yığıncaqlarını meriya tərəfindən təşkil edilmiş bir neçə qrup keçirəcək.

1 fevral ümumi toplantı və ya məsləhətləşmə yerini, tarixini, vaxtını və kəndə ayrılmış pulu təqdim edirik.
  • Sabirkənd, məktəb ərazisi – 2023-cü il 1 fevral – saat 15:00 məsləhətləşmə (20 000 lari)
  • Algeti, inzibati bina ərazisi – 2023-cü il 1 fevral, saat 13:00 (20 000 lari)
  • Təzəkənd, məktəb ərazisi – 2023-cü il 1 fevral, saat 14:00 məsləhətləşmə - (20 000 lari)
  • Qasımlı Mədəniyyət Evi ərazisi – 2023-cü il 1 fevral – saat 11:00 (20 000 lari)
  • Ağməmmədli İcma Mərkəzi (Qadın otağı) ərazisi – 2023-cü il 1 fevral, saat 12:00 – (20 000 lari)
  • Quşçu məktəb ərazisi – 2023-cü il 1 fevral, saat 13:00 (16 000 lari)
  • Qaçağan Mədəniyyət Evi ərazisi – 2023-cü il 1 fevral – saat 16:00 (20 000 lari)
  • Təkəli məktəb ərazisi – 2023-cü il 1 fevral – saat 15:00 (20 000 lari)
  • Xancığazlı – məktəb ərazisi – 2023-cü il 1 fevral, saat 13:00 (12 000 lari)
  • Kirəç-Muğanlı məktəb ərazisi – 2023-cü il 1 fevral, saat 14:00 (20 000 lari)
Ümumi toplantılar böyük kəndlərdə 200 imza toplandığı halda keçirilmiş hesab olunacaq. Nisbətən kiçik kəndlərdə isə ümumi toplantının 20%-nin imzası qeydə alınacaq.

Marneuli meriyası “Kəndə dəstək proqramı çərçivəsində” maliyyələşdirilməsi mümkün olan layihələrin siyahısını yayımlayıb.

Yerli əhalinin qərarı ilə müxtəlif kəndlərdə qeyd olunan layihələri maliyyələşdirmək mümkün olacaq:
  • İçməli su sistemləri (O cümlədən quyular, su kəmərləri, su anbarları, təmizləyici qurğular və s.);
  • Suvarma sistemləri;
  • Kanalizasiya;
  • Sahil bərkitmə işləri;
  • Yollar və yolkənarı dayanacaqlar; eləcə də səkilər və yolun tərkib hissəsi olan digər infrastruktur;
  • Körpülər, çərçivələr, körpü tağları, keçidlər;
  • Küçə işıqları;
  • Məktəb ərazisində yenidənqurma işləri;
  • Məktəbəqədər müəssisələr və müvafiq inventar;
  • Ambulatoriya binaları;
  • Qəbiristanlıqların hasarlanması;
  • İdman infrastrukturu, meydançalar və meydançalar üçün inventar;
  • Parklar, həmçinin, müvafiq inventarı olan uşaq parkları, eləcə də ayaqyolu, müvafiq inventarı olan istirahət məkanları;
  • Dəyirmanların bərpası və müvafiq inventar;
  • Mini-seslər və müvafiq bərpa işləri;
  • Coğrafi obyektlərə ad verilməsi və ünvan verilməsinə uyğun olaraq, müvafiq işarələrin, eləcə də turist yerlərini göstərəcək nişanların yerləşdirilməsi.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google