Gürcüstan müsəlmanları Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunu qətiyyətlə pisləyib
Gürcüstan müsəlmanları Azərbaycanın İrandakı səfirliyinə edilmiş terror hücumunu qətiyyətlə pisləyib.

Bununla bağlı Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov sosial mediada Gürcüstan Ruhaniləri Heyəti adından paylaşım edib.

“Bağışlayan və mehriban Allahın adı ilə. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən xain hücumu qətiyyətlə qınayır, hadisədə şəhid olan təhlükəsizlik xidməti əməkdaşına Allahdan rəhmət, yaralı səfirlik əməkdaşlarına şəfa diləyirik. Şəhid zabit Orxan Əsgərovun ailəsinə və yaxınlarına başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

Paylaşımda vurğulanıb ki, terror hücumunu törədənlər tez bir zamanda məsuliyyətə cəlb olunaraq ən sərt şəkildə cəzalandırılmalıdırlar.

Bundan başqa Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin rəhbəri Seyid Mirtaği Əsədov və Gürcüstan İslam Araşdırmalar Mərkəzinin rəhbəri Fariz Rəcəbov Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı edilmiş terror hadisəsini kəskin şəkildə qınayaraq səbəbkarların cəzalanmasını tələb edib, şəhid olmuş səfirlik əməkdaşına Allahdan rəhmət diləyiblər.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terro hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google