Biz Azərbaycanın diplomatik missiyasına hücumu qətiyyətlə pisləyirik – Zurab Pataradze
“Biz Azərbaycanın diplomatik missiyasına hücumu qətiyyətlə pisləyirik və bu çətin zamanda qardaş Azərbaycan xalqına dəstəyimizi bildiririk”.

Bu barədə Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze bildirib.

“Gürcüstanın Azərbaycan Respublikasındakı səfirliyi adından, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı hücum nəticəsində səfirliyin əməkdaşının qətlə yetirilməsi ilə əlaqədar mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, hücum nəticəsində yaralananlara şəfa diləyirik”, – diplomat qeyd edib.

Mənbə: apa.az
Print