Marneulinin 2023-cü il büdcəsi 67 214 900 lari müəyyən edilib
Bu gün, 30 yanvar tarixində Marneuli Bələdiyyə Məclisinin iclası baş tutub. İclasda 2023-cü ilin yerli büdcəsi 67 214 900 lari müəyyən edilib.

Qeyd olunan məbləğ əvvəlki illərin büdcəsindən kifayət qədər çoxdur. Yol infrastrukturu, su sistemlərinin inkişafı, küçə işıqları, bələdiyyə nəqliyyatının inkişafı, qəzalı vəziyyətdə olan bina və evlərin bərpası, bayram tədbirləri, idman müəssisələrinə dəstək – bunlar Marneulinin 2023-cü il büdcəsinin xərclənəcəyi istiqamətlərdir.

Bələdiyyə Məclisinin 30 yanvar tarixində baş tutan iclasında maddi aktiv və öhdəliklərdə dəyişikliklər ilə əlaqədar meriyanın Maliyyə Büdcə Xidməti rəhbərinin səlahiyyətlərini icra edən Maia Naveriani danışıb.

“Yolların təmiri 197 714 lari, yolların tikintisi və bərpası 2 115 479 lari, içməli su sistemi istismarı qeyri-maddi aktivlərin 61 000 lari artırılması, içməli su sisteminin tikinti və bərpası, qeyri-maddi aktivlərin 2 7070 822 lari artırılması, həmçinin, öhdəliklərin 608 322 lari azaldılması, həmçinin, suvarma kanalları, sahil bərkitmə tikililərinin quraşdırılması-bərpası üçün 85 310 lari, küçə işıqlarının yeni nöqtələrinin quraşdırılması üçün 6 318 lari, idman obyektlərinin təchizatı, bərpası, tikintisi üçün 205 521 lari nəzərdə tutulub”.

Büdcənin ətraflı müzakirəsini buradan dinləyə bilərsiniz:

Bələdiyyə Məclisinin iclasında gündəliklə nəzərdə tutulmuş 6 məsələ müzakirə olunub. Həmçinin, Marneuli meriyasında əmək müqaviləsi ilə işlə təmin olunmuş şəxslərin sayı və onların əməkhaqqı razılaşması ilə bağlı Gürcüstan dövlət büdcəsi ilə nəzərdə tutulmuş Gürcüstan Regionların Həyata Keçiriləcək Layihələr Fondundan maliyyələşdiriləcək layihələr, sosial məsələlər haqqında müzakirə aparılıb.

"Marneuli" Radiosu

Print