Bu gün, 31 yanvar tarixində gündüz saatlarında Marneuli
ərazisində havanın buludlu olacağı gözlənilir.
Sinoptiklərin məlumatına görə, gecə saatlarında bələdiyyədə parçalı
buludlu olacağı ehtimal edilir.
Havanın temperaturu gündüz +6 dərəcə isti olacaq, gecə isə
temperatur 0 dərəcəyə qədər enəcək.
Məlumata görə, 1 fevral tarixində bələdiyyə ərazisində gündüz
saatlarında havanın parçalı buludlu olacağı gözlənilir. Gecə
saatlarında isə bələdiyyədə qısa müddətli yağış yağacaq. Gündüz
temperatur +10 dərəcə isi olacaq, gecə isə temperatur 0 dərəcə
qədər enəcək.
2 fevral tarixinə gəlincə isə Marneuli ərazisində gündüz
saatlarında yağış yağacağı gözlənilir. Gecə saatlarında da
bələdiyyədə yağış yağacaq. Bəzi yerlərdə sulu qar yağacağı da
ehtimal edilir. Gündüz havanın temperaturu +7 dərəcə istini
göstərəcək, gecə isə temperatur -1 dərəcəyə qədər enəcək.