Vəkilin sözlərinə görə, saxlanılan şəxs Batumidə 7-ci polis bölməsində zorakılığa məruz qalıb - araşdırma başlayıb
Vəkil Zaza Papidze iddia edib ki, Batumi polisinin 7-ci şöbəsində himayəsində olan şəxs zorakılığa məruz qalıb. Vəkil ilkin olaraq Facebook səhifəsində məlumat yayıb.


"Batuminin 7-ci polis bölməsi nə vaxt qəssabxana təşkil etməklə məşğul olub?! Əgər polis idarəsində polis/polislər həbs olunan şəxsin alnına stəkan ilə iki dəfə vurursa, onun başını yarıb beyni silkələnməsinə düçar edirsə, sonra onu xəstəxanaya aparanda bütün gecəni qandallı saxlayırsa... Belə işgəncə növünü harada öyrənmisinizx?!”,
- deyə Papidze yazıb.

Vəkilin sözlərinə görə, himayəsində olan şəxs polisə müqavimət ittihamı ilə saxlanılıb. Yanvarın 31-də Batumi Şəhər Məhkəməsi saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Artıq Xüsusi İstintaq Xidməti faktla bağlı araşdırmalara başlayıb. “Publika” agentliyinin verdiyi məlumata görə, istintaq 333-cü maddənin 3-cü hissəsinin “b” bəndi, yəni dövlət-siyasi vəzifə tutan şəxs tərəfindən zor tətbiq etməklə və ya silahdan istifadə etməklə vəzifə səlahiyyətlərini aşma maddəsi ilə başlayıb.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google