Tacikistan iki xarici dövlətlə, Azərbaycan və Gürcüstanla birbaşa
aviareyslər açmağa hazırlaşır.
Bu barədə Tacikistanın Mülki Aviasiya Agentliyinin rəhbəri Dilşod
Safarzoda mətbuat konfransında bildirib.
"Hazırda bu aviareyslərlə əlaqəli bəzi məsələlərin
razılaşdırılması üçün görüşlər keçirilir", -
Safarzoda qeyd edib.
O həmçinin qeyd edib ki, Tbilisi ilə hava əlaqəsi bu ilin
aprelində, Azərbaycanla isə may ayında açılacaq.
Hansı aviaşirkətlərin daşıyıcı kimi fəaliyyət göstərəcəyi,
təyyarələrin nə vaxt uçacağı və biletlərin qiyməti hələlik məlum
deyil.
Xatırladaq ki, bir müddət öncə “Somon Air” şirkətinin Baş direktoru
Abdulkosim Valiyev Tacikistan və Çin arasında hava əlaqəsinin bərpa
edildiyini bildirmişdi və koronavirus pandemiyası ilə əlaqədar üç
illik fasilədən sonra ilk uçuş Düşənbə - Urumçi reysi ilə bu ayın
8-nə planlaşdırılıb.