Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri görüşüblər
11:25 / 02.02.2023
Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri - Hulusi Akar,
Zakir Həsənov və Cuanşer Burçuladze Sarıqamışda görüşüblər.
Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi
Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov fevralın 1-də bu ölkəyə səfər
edib.
Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun qardaş ölkədə
keçirilən "Qış təlimi - 2023" beynəlxalq təliminin “Yüksək
Səviyyəli Müşahidəçi Günü”ndə iştirakı planlaşdırılır.