Gürcüstan “Avroviziya 2023”ün ikinci yarımfinalında çıxış edəcək
Gürcüstan bu il Britaniyada keçiriləcək “Avroviziya 2023” mahnı müsabiqəsinin ikinci yarımfinalında çıxış edəcək.

Birinci mərhələ mayın 9-da keçiriləcək.


Yarımfinal mərhələsi iki hissədən ibarət olacaq. Müsabiqənin ikinci yarımfinalı mayın 11-də baş tutacaq və Gürcüstan birinci hissədə çıxış edəcək. Gürcüstanla yanaşı birinci yarımfinalda Ermənistan, Belçika, Kipr, Danimarka, Estoniya, Yunanıstan, İslandiya, Rumıniya, Albaniya, Avstraliya, Avstriya, Gürcüstan, Litva, Polşa, San Marino, Sloveniya olacaq.


Müsabiqənin birinci yarımfinalına gəlincə isə şou mayın 9-da baş tutacaq. Bu mərhələdə çıxış edən ölkələr isə Azərbayca, Xorvatiya, İrlandiya, Latviya, Malta, Norveç, Portuqaliya, Serbiya, Çexiya, Finlandiya, İsrail, Moldova, Niderland, İsveç, İsveçrə olacaq.


Yarışmanın finalı isə mayın 13-də keçiriləcək.

Onu da əlavə edək ki, böyük beşlik ölkələri: Böyük Britaniya, İtaliya, İspaniya, Fransa, Almaniya və əvvəlki ilin qalibi Ukrayna avtomatik olaraq finala çıxacaq.

Almaniya, Fransa və İtaliya birinci yarımfinalda, Ukrayna, İspaniya və Böyük Britaniya isə ikinci yarımfinalda səs verə biləcəklər.


Xatırladırıq ki, Eurovision Mahnı Müsabiqəsi mayın 9, 11 və 13-də Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Qeyd edək ki, müsabiqədə qələbəni ötən il Ukrayna qazansa da, ölkədəki müharibə səbəbindən Britaniya ev sahibliyini öz üzərinə götürüb.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google