Aprelin 1-dən etibarən A kateqoriyalı taksi sürücüləri sərnişinləri götürüb-düşürmək üçün avtobus zolağından istifadə edə biləcəklər
Aprelin 1-dən etibarən A kateqoriyalı taksi sürücüləri avtobus zolağında sərnişin götürüb düşürə biləcəklər, – bu barədə paytaxt meri Kaxa Kaladze taksi islahatlarının üçüncü mərhələsinin təqdimat mərasimində bildirib.

Kaxa Kaladzenin qeyd etdiyinə görə, artıq Gürcüstan Daxili İşlər Nazirliyi ilə bu istiqamətdə iş aparılır.

“Aprelin 1-dən etibarən müvafiq ağ rəngli nişanı olan taksi sürücüləri avtobus zolağına hərəkət etmək, sərnişinləri götürmək və ya düşürmək imkanı əldə edəcəklər, onlar yalnız sərnişinləri götürüb-düşürə biləcəklər. Bu istiqamətdə biz Daxili İşlər Nazirliyi ilə fəal işləyirik və daha sonra sizə ətraflı məlumat verəcəyik”, - Kaladze bildirib.

Mənbə: Birinci Kanal
Print ელ. ფოსტა
FaceBook Twitter Google