Təzəkənddə kənd toplantısı ikinci cəhddə baş tutdu
Bu gün, 2 fevral tarixində Təzəkənddə “Kəndə dəstək proqramı” çərçivəsində keçirilən toplantı baş tutub.

Yerli özünüidarə nümayəndələri kənddə 150 imza toplayıblar və tolantının qaydaya uyğun keçirildiyini elan ediblər. Əhali kəndin daxili yollarına çınqıl tökülməsini dəstəkləyib ki, bunun üçün də 20 000 lari xərclənəcək.

Qeyd edək ki, Təzəkənddə bu gün ümumi toplantı təkrar keçirilib. İlk toplantı 1 fevral tarixində keçirilmişdi, amma görüşdə yetərli sayda insan iştirak etməmişdi. Bu səbəbdən Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərinin icraçısı Maia Naveriani toplantının baş tutmadığını elan edib.

Bu gün, 2 fevral tarixində Təzəkənddə kənd toplantısında yerli kişilərlə yanaşı qadınlar da iştirak edirdilər. Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri səlahiyyətlərinin icraçısı Maia Naveriani “Marneuli” radiosuna müsahibə vermək istəmədi. Şəxsi söhbət zamanı isə bildirdi ki, toplantıda iştirak edən qadın və kişilərin sayı imzaların yekunlaşdırılması, yekun protokolun tərtib edilməsindən sonra məlum olacaq.

Kəndə dəstək proqramı üçün 2023-cü ildə mərkəzi büdcədən 1 232 000 lari ayrılıb.

Pul kəndlərə əhalinin sayına əsasən bölünüb. Hər kəndə ən az 12 000, ən çox isə 20 000 lari ayrılıb.

Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 1 fevraldan 15 fevrala qədər keçiriləcək.

Print ელ. ფოსტა
FaceBook Twitter Google