Marneuli meriyası poçt xidmətini 57 481 lariyə almağı planlaşdırır
Marneuli meriyası poçt-kuryer xidməti üçün 57 481 lari dəyərində tender elan edib. Qalib şirkət meriya ilə bir il ərzində, müqavilə bağladıqdan 2023-cü ilin 31 dekabr tarixinə qədər əməkdaşlıq etməli olacaq.

Qalib şirkət təmin etməlidir:
  • Hər iş günü saat 09:00-17:00-a qədər, razılaşdırılmış vaxta əsasən, şəhər miqyasında sifarişci tərəfindən qeyd olunmuş məkanlardan pulsuz kuryer xidməti.
  • Poçt göndərişlərinin idarə edilməsi üçün ayrılmış tam proqramın təmin edilmsəi;
  • Xidməti alan təşkilatın lazımı sayda yuzerlərinin yaradılması, vətəndaşlara xidmət şöbəsinin bütün əməkdaşları üçün ayrı-ayrılıqda işin idarə edilməsi;
  • Tələb olan halda alıcı ilə əvvəlcədən razılaşma əsasında, sifarişi yerinə yetirən poçt göndərişinin qəbul olunan yerə gəlməlidir, poçt göndərişinin plansız şəkildə aparılmasını təmin etməlidir. Təcili göndərişi almaq üçün sifariş verən poçt göndərişini alacağı yerə alıcı ilə razılaşdırılmış vaxt ərzində, lazım gəldiyi halda həmin iş günü gedir.
  • Göndərişlərin təhvil verilməsi, alıcının tələbi olan halda şənbə günü də mümkün olmalıdır;
  • Yerli (Gürcüstanın hər hansı şəhəri və yaşayış məntəqəsi) göndərişlər ən az 2-5 iş günündə, beynəlxalq (Gürcüstan sərhədlərindən kənar hər hansı istiqamətdə) göndərişlər ən gec 5-15 iş günündə (günlərin hesablanması göndərişin kuryerə verilməsinin növbəti iş günündən başlayır) təhvil verilməlidir. Qeyd olunan məlumatın proqramda görünməsi dərhal həyata keçirilməlidir və s.
Marneuli bələdiyyəsinin yerli özünüidarə kuryer xidməti üçün tenderi 1 fevral tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 8-10 fevral dövründə təkliflərini göndərə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google