Marneuli meriyası poçt-kuryer xidməti üçün 57 481 lari dəyərində
tender elan edib.
Qalib şirkət meriya ilə bir il ərzində, müqavilə bağladıqdan
2023-cü ilin 31 dekabr tarixinə qədər əməkdaşlıq etməli olacaq.
Qalib şirkət təmin etməlidir:
- Hər iş günü saat 09:00-17:00-a qədər, razılaşdırılmış
vaxta əsasən, şəhər miqyasında sifarişci tərəfindən qeyd olunmuş
məkanlardan pulsuz kuryer xidməti.
- Poçt göndərişlərinin idarə edilməsi üçün ayrılmış tam
proqramın təmin edilmsəi;
- Xidməti alan təşkilatın lazımı sayda yuzerlərinin
yaradılması, vətəndaşlara xidmət şöbəsinin bütün əməkdaşları üçün
ayrı-ayrılıqda işin idarə edilməsi;
- Tələb olan halda alıcı ilə əvvəlcədən razılaşma
əsasında, sifarişi yerinə yetirən poçt göndərişinin qəbul olunan
yerə gəlməlidir, poçt göndərişinin plansız şəkildə aparılmasını
təmin etməlidir. Təcili göndərişi almaq üçün sifariş verən poçt
göndərişini alacağı yerə alıcı ilə razılaşdırılmış vaxt ərzində,
lazım gəldiyi halda həmin iş günü gedir.
- Göndərişlərin təhvil verilməsi, alıcının tələbi olan
halda şənbə günü də mümkün olmalıdır;
- Yerli (Gürcüstanın hər hansı şəhəri və yaşayış
məntəqəsi) göndərişlər ən az 2-5 iş günündə, beynəlxalq (Gürcüstan
sərhədlərindən kənar hər hansı istiqamətdə) göndərişlər ən gec 5-15
iş günündə (günlərin hesablanması göndərişin kuryerə verilməsinin
növbəti iş günündən başlayır) təhvil verilməlidir. Qeyd olunan
məlumatın proqramda görünməsi dərhal həyata keçirilməlidir və
s.
Marneuli bələdiyyəsinin yerli özünüidarə kuryer xidməti üçün
tenderi 1 fevral tarixində elan edib. Tenderdə iştirak etmək
istəyən şirkətlər 8-10 fevral dövründə təkliflərini göndərə
bilərlər.