Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılıb.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto feysbukda
yazıb.
Onun sözlərinə görə, genişmiqyaslı plan yaşıl elektrik enerjisini
Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə Macarıstana çatdıracaq
iki mühüm məqsədə nail olmağa kömək edəcək
: "Bu sərmayə
ilə biz bir tərəfdən enerji təhlükəsizliyimizi daha da
yaxşılaşdıracaq, digər tərəfdən isə iqlimin qorunması hədəflərimizə
çatmağa daha da yaxınlaşacağıq. Birgə sərmayə öz növbəsində
unikaldır, çünki biz Qara dənizin altında dünyada ən uzun 1195
kilometrlik sualtı elektrik kabelini çəkəcəyik. Bu gün biz
Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupunu yaratdıq və
ona vahid texniki-iqtisadi əsaslandırmanın hazırlanması tapşırığı
verdik".