Marneulidə, Rustaveli küçəsində zibil qabında yanğın yaranıb.
Şahidlərdən birinin sözlərinə görə, naməlum şəxs qəsdən zibil
qabını yandırıb.
Bu Marneulidə zibil qablarında yanğın yaranması ilə bağlı ilk hal
deyil. “Təmiz Marneulinin” rəhbəri Leri Mumladze bizimlə söhbət
zamanı bildirdi ki, əməkdaşlar bu kimi faktlara reaksiya
göstərirlər və yanğını söndürürlər.
“Reaksiya budur ki, harada alov görsələr, mənim əməkdaşlarım vedrə
ilə qaçaraq söndürürlər. Başqa nə edim? kameralar qoşulmayıb. İndi
bu məsələ ilə bağlı mənə zəng vurublar və əməkdaşdan xahiş etdim
söndürdü. Əhaliyə deyərdim ki, bu hamının əmlakıdır. Qayğısına
qalmalıdırlar, büdcənin pulu ilə, yəni hamının pulu ilə
alınıb”, – Leri Mumladze bildirdi.
Qeyd edək ki, Marneulidə zibil qabları bir neçə həftədir
dəyişdirilib.